Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenskinin “sülh formulu”nu daha 8 ölkə dəstəkləyib

35 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin “sülh formulu”nu daha 8 ölkə dəstəkləyib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

O bildirib ki, Zelenskinin “sülh formulu”nu dəstəkləyənlərin ümumi sayı 63-ə çatıb.

Dəstəkləyən ölkələr arasında Albaniya, Kipr, Malayziya, Moldova, Malta, Sloveniya, Tailand və digər dövlətlər var.

Yermak qeyd edib ki, avqustun 18-də bu ölkələrin səfirləri ilə görüş baş tutub. Burada “sülh formulu” ilə yanaşı, Rusiya və Ukrayna arasında hərbi münaqişənin ekoloji nəticələri də müzakirə edilib.

Xatırladaq ki, avqustun 5-6-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb. İclasda 42 ölkənin nümayəndəsi iştirak edib. Onlar prezident Zelenskinin “sülh formulu”nu müzakirə ediblər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678