Priqojinin digər təyyarəsi Bakıya gəlib

9 Baxış

Ötən gün Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında ölən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ikinci özəl təyyarəsinin Moskvadan Bakıya gəldiyi müəyyənləşib.

Turanmedia.az qazeta.ru-ya istinadən xəbər verir ki, “Flightradar” uçuş izləmə məlumatları bunu təsdiq edir.

“Flightradar”ın məlumatına əsasən, təyyarə avqustun 24-də saat 15:30-da Moskvanın “Vnukovo” hava limanından qalxıb, yerli vaxtla saat 19:04-də Bakıya enib. Həmin təyyarənin göyərtəsində kimlərin olduğu məlum deyil.

Qeyd edək ki, avqustun 23-də Priqojin və “Vaqner”in komandirlərindən bəzilərini daşıyan təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərdən heç biri sağ qalmayıb.