Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan sərhədimizdə “Ordu oyunları”nı izlədi

55 Baxış

Ermənistan Baş naziri Nikol Paşinyan “Ordu oyunları” çərçivəsində Tavuş vilayətində keçirilən döyüş estafeti yarışlarını izləyib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

“Ordu oyunları”nda Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, MTX, Dövlət Gəlirləri və İstintaq komitələri, Prokurorluq və Daxili İşlər Nazirliyinin komandaları bir həftəyə yaxın bir neçə yarışda mübarizə aparacaq.

Döyüş estafeti yarışında Müdafiə Nazirliyinin komandası birinci, Polis komandası ikinci, MTN komandası üçüncü yeri tutub.

Qeyd edilib ki, “Ordu oyunları”nın bağlanış mərasimi avqustun 27-də baş tutacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678