Erməni hərbçi yoldaşını güllələyib, intihar etdi

10 Baxış

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, avqustun 27-də hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparıldığını bildirib.