Müharibə bu il başa çata bilər – Zelenski
11 Baxış

Rusiyanın ölkəmizə qarşı başladığı müharibə ilin sonuna qədər müəyyən şərtlər daxilində bitə bilər.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Müharibənin bitmə tarixi haqda danışmaq çətindir. Lakin bu, yaxın aylarda ola bilər. Hər şey bir neçə amildən, o cümlədən Ukraynanın əks-hücumunun uğurundan asılıdır”, – Zelenski bildirib.