Zelenski Pavel Kirilenkonu vəzifəsindən azad etdi
6 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Pavel Kirilenkonu Donetsk vilayətinin dövlət administrasiyasının rəhbəri vəzifəsindən azad edib.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə prezidentin saytında dərc olunan sərəncamda bildirilib.
“Kirilenko Pavel Aleksandroviç təqdim etdiyi ərizəyə uyğun olaraq Donetsk Vilayət Dövlət Administrasiyasının sədri vəzifəsindən azad edilsin”, – sərəncamın mətnində deyilir.
Kirilenko 2019-cu ildən bu vəzifədə idi. Onun Ukrayna Antiinhisar Komitəsinə rəhbərlik edəcəyi gözlənilir.