Xəstənin qarnında unudulan cərrahi alət 18 aydan sonra çıxarıldı

9 Baxış

Yeni Zelandiyada qarnında cərrahi alət unudulan qadın 18 aydan sonra əməliyyat olunub.

Turanmedia.az Bakupost.az-a istinadən xəbər verir ki, Oklend şəhərində 2020-ci ildə keysəriyyə əməliyyatı olunan qadının qarnında cərrahi alət unudulub.
Unudulmuş alət doğuşdan təxminən 18 ay sonra qadının qarnından çıxarılıb.

Qadın qarın nahiyəsində şiddətli ağrılardan şikayətlənərək bir neçə dəfə həkimə, o cümlədən təcili yardıma müraciət etdikdən sonra qarın boşluğunun KT müayinəsində alət aşkarlanıb.

Müayinələrdən sonra Oklend Rayon Səhiyyə Şurasının xəstə hüquqları qaydalarını pozduğuna qərar verilib.