Xersonda FSB əməkdaşlarının avtomobili partladıldı

8 Baxış

Xerson vilayətinin Oleşki şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FSB) əməkdaşlarının olduğu avtomobil partladılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində FSB əməkdaşlarından biri yerindəcə dünyasını dəyişib, biri ağır olmaqla 3 hərbçi də yaralanıb.

FSB əməkdaşlarının Skadovskda işlədikləri və filtrasiya tədbirlərini həyata keçirmək üçün Oleşkiyə gəldikləri bildirib.