Ermənistanda saxlanılan Rusiya yönümlü bloger azadlığa buraxılıb
15 Baxış

Ermənistanın İstintaq Komitəsi bloger Mikael Bədəlyan və “Sputnik” agentliyinin əməkdaşı Aşot Qevorkyanın sərbəst buraxıldığını açıqlayıb.
Turanmedia.az-ın məlumatına görə, TNS “RİA Novosti”yə istinadən xəbər verir ki, həmin şəxslər həbsdən çıxıb.
Qeyd edək ki, Rusiya yönümlü bloger və jurnalist qanunsuz silah alverində təqsirləndirilərək, saxlanılmışdı. Rusiyanın XİN sözçüsü Mariya Zaxarova, bu ölkənin Ermənistandakı Səfirliyi hər iki şəxsin həbsindən narahat olduqlarını bəyan edib.