Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kim Çen Inın zirehli qatarı yola düşdü – O, Putinlə harada görüşəcək?

52 Baxış

Şimali Koreyanın rəhbəri Kim Çen In Rusiyaya gedir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, artıq onun zirehli qatarı Pxenyandan yola düşüb. Qatar səyahətinin 20 saat davam edəcəyi bildirilir.

Kim Çen In Rusiyada Prezident Vladimir Putinlə görüşəcək, ona Ukrayna ilə savaşda silah yardım təklif edəcək.

Kreml detalları açıqlamasa da, səfərin bir neçə günə baş tutacağını bildirib.

Koreyanın rəsmi KCNA Xəbər Agentliyi də ölkə rəhbərinin Rusiyaya səfərini təsdiqləyib. Yer və tarix barədə dəqiq məlumat verilməsə də, Kim Çen Inın Putinlə görüşəcəyi qeyd olunub.

Qeyd edək ki, rəsmi Vaşinqton bu səfərin baş tutacağı təqdirdə Şimali Koreya liderinin addımının cavabsız qalmayacağını bildirib.

Xatırladaq ki, Kim Çen Inın 17 il Koreyaya rəhbərlik edən atası da təyyarə fobiyası olduğu üçün ancaq qatardan istifadə edirdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678