“MDB ölkələrinə güclü ordular lazımdır”
12 Baxış

“Dünyada mövcud hərbi-siyasi vəziyyət Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələri müxtəlif təhlükələrə operativ reaksiya verməyə və güclü orduya malik olmağa məcbur edir”.
Turanmedia.az-ın məlumatına görə, “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Eyni zamanda, o əlavə edib ki, silahlı qüvvələr yaranan çağırışlara və təhlükələrə adekvat cavab verməyə hazır olmalıdır:
“Dünyadakı mövcud hərbi-siyasi vəziyyət bunu məcbur edir”.
Həmçinin, Şoyqu əlavə edib ki, sentyabrın 29-da Rusiya və onun xarici tərəfdaşları Böyük Vətən Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün birgə hazırlıqlara başlayacaqlar.