Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Trampın oğlu koronavirusa yoluxdu

138 Baxış

ABŞ Prezidenti Donald Trampın oğlunun koronavirusla bağlı testinin nəticəsi müsbət çıxıb. 

TASS xəbər verir ki, bununla bağlı kiçik Trampın rəsmi nümayəndələri bəyanat yayıb. 

Bəyanatda bildirilib ki, o, hazırda şəxsi kotecində özünü təcrid edib. 

Məlumatlara görə, kiçik Tramp koronavirusu simptomsuz keçirir və həkimlərin bütün tövsiyələrinə əməl edir. 

Qeyd edək ki, Donald Tramp oktyabrın əvvəllərində koronavirusa yoluxmuşdu.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678