Alla Puqaçova Rusiyaya qayıtdı

9 Baxış

Rusiyalı məşhur müğənni Alla Puqaçova Rusiyaya qayıdıb.

Turanmedia.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Puqaçova dünən axşam saatlarında Pskov rayonunun sərhəd-keçid məntəqəsində görüntülənib. Müğənninin həyat yoldaşı Maksim Qalkin isə ölkəyə qayıtmayıb.

Qeyd edək ki, Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra ailəsi ilə birlikdə İsrailə köçmüşdü. İsraillə HƏMAS arasında münaqişənin kəskinləşməsindən sonra isə müğənni Kiprə getmişdi.