Quterreş Qəzzada atəşkəs üçün yenidən çağırış etdi
7 Baxış

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzada insanların ölümündən narahat olduğunu bildirib.
Turanmedia.az Ölkə.az-a istinadən xəbər verir ki, Baş katib təcili humanitar atəşkəsin olması üçün çağırış edib.
Həmçinin, Quterreş oktyabrın 7-də İsrailə edilən hücumu da pisləyib və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Quterreş bundan öncə də Qəzzada atəşkəs üçün çağırış etmişdi.