Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İzmirdə dəniz daşdı, yolları su basdı

23 Baxış

İzmirin Karşıyaka və Konak rayonlarında leysan yağışlarından sonra dənizin daşması nəticəsində yolları su basıb, çoxlu sayda iş yeri, mənzil və mağaza su altında qalıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, vətəndaşlar avtomobillərini su altında qalmaqdan xilas etməyə çalışıb.

Su basan əyləncə məkanından çıxa bilməyən musiqiçilər yanğınsöndürənlərdən kömək istəyib. Əraziyə cəlb olunan yanğınsöndürənlər rezin qayıqla musiqiçiləri xilas ediblər.

İzmir Böyükşəhər Bələdiyyəsi dəniz səviyyəsinin 1 metr qalxdığını bildirib.

Açıqlamada bələdiyyənin bütün şəxsi heyəti və texnikası ilə insanların can və mallarının təhlükəsizliyini təmin etmək üçün fədakar mübarizə apardığı vurğulanıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678