Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Trampın oğlu karantində vaxtını silah təmizləyərək keçirəcək

157 Baxış

ABŞ Prezidenti Donald Trampın oğlu sosial şəbəkə paylaşımı ilə koronavirusa yoluxduğunu təsdiqləyib.

Bu barədə “Hürriyet” yazıb.

Kiçik Donald Tramp paylaşımında heç bir simptom daşımadığını, lakin ehtiyat tədbiri olaraq karantində olduğunu qeyd edib. O, karantindəki vaxtını səmərəli keçirmək üçün izləyicilərindən kitab və film tövsiyəsi istəyib.

“Bir neçə gün təkbaşına vaxt keçirə bilərəm. Karantin sıxıcı hala çevrilmədən əvvəl təmizləyə biləcəyim çox sayda silah var”, – deyə Donald Tramp bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678