Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avstraliya ordusunda qalmaqal: Günahsız insanları öldürənlər intihar edir

137 Baxış

Avstraliya hərbçilərinin Əfqanıstanda onlarla günahsız insanı qətlə yetirdiyi ortaya çıxıb.

Bu barədə Ədliyyə mayoru Pol Brentonun hazırladığı hesabatda məlumat verilib.

O, yerli xüsusi təyinatlıları Əfqanıstanın 39 silahsız vətəndaşını öldürməkdə günahlandırıb. Bəlli olub ki, 2000-ci illərin ortalarında onlar “qanla vəftiz” ayinləri zamanı əsirləri edam ediblər. Yəni müharibədə ilk qətli törədiblər.  

Şübhəlilərin bir hissəsi hələ də orduda xidmət edir. Lakin P.Brenton bütün bunlarda ordu rəhbərliyini ittiham etmir. Çünki sözügedən ənənə patrul komandirləri tərəfindən ortaya qoyulub.

Sözügedən informasiyanın dərcindən sonra– səkkizi kişi və biri qadın olmaqla doqquz hərbçi intihar edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678