Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ İrana dəstəyə görə Rusiya və Çinə sanksiya tətbiq edəcək

129 Baxış

ABŞ Rusiya və Çinin dörd təşkilatına qarşı İranın nüvə proqramına yardımı ittihamı ilə sanksiya tətbiq edəcək.

Bu barədə “Reuters” məlumat yayıb.

ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın sözlərinə görə, sanksiyalarla bağlı müvafiq qərar noyabrın 25-də qəbul ediləcək. E.Abrams qeyd edib ki, Vaşinqton İrana təzyiq göstərməyə davam edəcək.

E.Abrams həmçinin dekabr və yanvar aylarında Tehrana qarşı sanksiyaların genişləndiriləcəyini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678