Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsveçrədə naməlum qadın əlində bıçaqla ətrafdakılara hücum edib, xəsarət alanlar var

144 Baxış

İsveçrənin Luqano şəhərində naməlum qadın ticarət mərkəzində iki həmcinsinə bıçaqla hücum edərək onları yaralayıb.

Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Mənbə yazır ki, xəsarət alanlardan biri boyun nahiyəsindən bıçaq zərbəsi alıb və onun vəziyyəti ağırdır, digər qadın isə yüngül xəsarətlə xəstəxanaya çatdırılıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, qadın cinayəti törətməzdən əvvəl ev əşyaları dükanından bıçaq oğurlayıb.

Hüquq-mühafizə orqanları hücumun terror aktı olmasını istisna etmir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678