Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İlon Mask köçməyə hazırlaşır

132 Baxış

“Tesla” və “SpaceX” şirkətinin yaradıcısı olan İlon Mask Kaliforniyadan köçmək qərarına gəlib.

Bununla bağlı CNBC telekanalı biznesmenin yaxın ətrafına istinadla məlumat yayıb.

Bildirilib ki, İ.Mask Texas ştatına köçəcək. Çünki ona məxsus “Tesla” və “Boring Company” şirkətlərinin mərkəzi ofisi Texas ştatının paytaxtı Ostin şəhərində yerləşir.

Bu səbəbdən Mask tez-tez Kaliforniyadan Texasa gəlməli olurmuş. Bundan başqa, Maskın köçməsinin digər səbəbi Kaliforniyadan vergi xərclərinin yüksək olmasıdır.

Əgər o, Texasa köçsə, milyardlarla dollar qənaət etmiş olacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678