Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliyada uşağın keçənilki analizlərində koronavirus aşkar etdilər

132 Baxış

İtaliyalı alimlər qızılca şübhəsi olan bir uşağın analizlərində koronavirus RNT-si aşkar ediblər.

REN TV xəbər verir ki, ondan analizlər keçən ilin noyabrında götürülüb.

Virusun İtaliyada 2020-ci ilin fevralında ortaya çıxdığına görə bu kəşf COVID-19-un Avropada yayılma versiyasını tamamilə rədd edir.

İtaliyada ilk COVID-19 hadisəsi 21 fevralda Lombardiyada üzə çıxıb.

Ancaq son zamanlarda ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytına görə SARS-CoV-2-nin İtaliyada daha əvvəl ortaya çıxdığına dair daha çox məlumatlar yayılsa da, buna vaxtında fikir verilməyib.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, keçən il payız aylarının sonunda Milanda qızılca şübhəsi olan xəstələrin test nəticələri müsbət çıxıb. Hər ehtimala qarşı koronavirus hissəciklərinin tərkibi yoxlanılıb. Nümunələrdən birinin Uhan SARS-CoV-2 RNT-si olduğu aşkarlanıb.

Koronavirusun izləri noyabrın 21-də öskürək və burun axıntısı şikayətləri ilə həkimlərə müraciət edən dörd yaşlı bir uşağın analizlərində tapılıb. O, bir həftə sonra tənəffüs simptomları və qusma ilə reanimasiyaya müraciət edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678