Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada kişi körpə oğlunu öldürdü

285 Baxış

Rusiyanın Zabaykalsk vilayətində bir yaşlı oğlunu öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Rosbalt.ru ölkənin İstintaq Komitəsinin regional İstintaq İdarəsinə istinadla xəbər yayır.

İdarədən verilən məlumata görə, 9 dekabr tarixində Çita rayonunun 40 yaşlı İlyinka kənd sakini sərxoş vəziyyətdə əli ilə uşağın başına zərbələr endirib. Qısa müddətdən sonra körpə ölüb.

Hadisə ilə əlaqədar cinayət işi başladılıb, həmin şəxs nəzarətə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678