Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ev sahibi ilə kirayənişin arasında dava düşdü: Polislər yaralandı

139 Baxış

Türkiyənin Şanlıurfa bölgəsində ev sahibi ilə kirayənişin arasında çıxan mübahisə iki polis əməkdaşının bıçaqlanmasına səbəb olub.

Xəstəxanaya yerləşdirilən polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bu barədə Haber Global məlumat yayıb.

Qeyd olunur ki, Şanlıurfada kirayədə yaşayan əcnəbilərlə ev sahibi arasında mübahisə evi boşaltmaq üstə düşüb. İddiaya görə, dava zamanı evə zorla girməyə çalışan əcnəbilər polisə bıçaqla müqavimət göstəriblər. Nəticədə iki polis əməkdaşı yaralanıb. 

Bildirilir ki, hadisədə şübhəli bilinən dörd nəfər tutulub. Faktla bağlı araşdırma aparılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678