Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2022-ci ilə qədər dünya əhalisinin 25 faizinə COVID-19 peyvəndi çatmaya bilər

125 Baxış

Ola bilsin ki, dünya sakinlərinin təxminən 25%-i 2022-ci ildən əvvəl koronavirus peyvəndi olunmasın.

Bu barədə “Reuters” ABŞ-ın Cons Hopkins Universitetinin alimlərinin məlumatlarına istinadən xəbər verib.

“COVID-19 peyvəndlərinə qlobal əlçatanlığla bağlı qeyri-müəyyənlik yalnız onların klinik sınaqlarının hələ də davam etməsindən deyil, həm də hökumətlərin və peyvənd istehsalçılarının razılaşmalarda (peyvənd tədarükü ilə bağlı) daha şəffaf və hesabatlı olmamalarından qaynaqlanır”, – deyə qeyd edilir.

Amerikalı alimlərin fikrincə, bu günə qədər müvafiq maliyyə imkanlarına sahib olan dövlətlər üçün pandemiyaya qarşı mübarizədə ən perspektivli hesab olunan peyvənd dozalarının 51 %-i artıq ayrılıb.

Xüsusilə, Avstraliya, Kanada və Yaponiya hökumətləri dünyada yoluxma miqdarının 1% -dən azına sahib olmaqla, 1 milyarddan çox dozada peyvənd sifariş ediblər.

Belə olduqda, dünya əhalisinin 85%-ni təşkil edən daha az maliyyə imkanlarına sahib ölkələr peyvəndlərin qalan hissəsini öz aralarında bölüşmək məcburiyyətində qalacaqlar.

Nəticədə, aparıcı əczaçılıq şirkətləri planlaşdırılmış istehsal gücünə çatmağı bacarsalar da, dünya əhalisinin təxminən 25%-i 2021-ci ilin sonuna qədər peyvənd edilə bilməyəcək.

Universitetin tədqiqatçıları bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılan beynəlxalq COVAX mexanizmi peyvəndlərlə daha ədalətli təmin olunmada əsas rol oynaya bilər. Lakin bu çərçivədə, 2021-ci ilin sonuna kimi planlaşdırılmış 2 milyard deyil, yalnız 500 milyon doza dərmanın alınmasının təmin olunması mümkündür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678