Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna MDB ilə bağlı bir sıra müqavilələrdən çıxdı

133 Baxış

Ukrayna hökuməti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində qüvvədə qalan bir neçə müqavilədən çıxıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Nazirlər Kabinetinin qərarında göstərilən ilk sənəd “Elektrik enerjisi sənayesində dövlətlərarası əlaqələrin kooordinasiyası”na dair sazişdir. O, müəssisələrə və əhaliyə etibarlı enerji təchizatı təmin etmək üçün fəaliyyətlərin əlaqələndirilməsinə yönəlib.

Eyni zamanda, Kiyev “Atom enerjisinin dinc məqsədlə istifadəsi sahəsində işbirliyinin əsas münasibətləri və əlaqələrin koordinasiyası” və “Atom enerjisinin dinc istifadəsi sahəsindəki əməkdaşlığın əsas prinsipləri” sazişindən də çıxıb.

Hər üç sənəd 1992-ci ildə Minskdə imzalanıb.

Petro Poroşenkonun prezidentliyi dövründə Ukrayna hökuməti dəfələrlə MDB-dən çıxmaq niyyətini açıqlayıb.

Kiyev nümayəndələrini Birliyin bütün qanuni orqanlarından geri çəkib.

Buna baxmayaraq, Ukrayna iştirakının ləğvi və əsas müqavilələrdən çəkilməsinə dair rəsmi sənədləri təqdim etməyib.

Prezident Vladimir Zelenskinin rəhbərliyi altında Kiyev Rusiya və MDB ilə müqavilələrə yenidən baxmağa davam edib.

Beləliklə, Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar 22 iyun tarixində Donbasda münaqişə başlamazdan əvvəl 453 sənədin qüvvədə olduğunu, sonradan isə onlardan 300-nün qüvvədə qaldığını deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678