Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Braziliya prezidenti: “Peyvənd olunmayacağam”

133 Baxış

Braziliya Prezidenti Jair Bolsonaro koronavirus infeksiyasına qarşı peyvənd olunmayacaq.

Bu barədə dövlət başçısı Band TV kanalının efirində elan edib.

“Peyvənd olunmayacağam və nöqtə. Həyatım təhlükədədir? Bu, mənim problemimdir”, – deyə o bildirib.

Siyasətçi peyvəndlərin məcburi ola bilməyəcəyini deyərək, bunun könüllü şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, Braziliya lideri COVID-19-dan qorunma vasitəsi olaraq maska ​​taxmağın effektivliyinə də inanmadığını vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678