Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

COVİD-in mutasiyaya uğramış yeni forması aşkarlandı

133 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrda İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlandığını açıqlayıb. 

ÜST-ün məlumatına görə, koronavirusun mutasiyaya uğramış halı daha sonra Danimarka, Niderland və Avstraliyada da qeydə alınıb. Həmçinin Cənubi Afrika Respublikası virusun yeni forması ilə bağlı narahatlığını bildirib.

Mutasiyaya uğramış yeni növün İngiltərədə əvvəlcədən olduğu və ya ölkəyə sonradan daxil olması barədə heç bir məlumat yoxdur. Yeni virusa qarşı peyvəndlərin təsirli olub-olmayacağı da açıqlanmır.

Artıq Londonda infeksiyanın yayılması təhlükəsinin dördüncü (maksimal) səviyyəsi elan edilib. Mağazalar, gözəllik salonları, idman zalları, restoran və kafelər bağlanıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678