Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan müasir silahlar alacaq

149 Baxış

Gürcüstan yaxın gələcəkdə müasir silahlar almağı planlaşdırır.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri İrakli Qaribaşvili parlamentdəki komitə iclasında danışıb.

“Gürcüstanın hava hücumundan müdafiə imkanlarını inkişaf etdirməyə davam edəcəyik. 2018-ci ildə Fransa layihəsinin birinci mərhələsi başa çatdı və hava idarəetmə radarları, səyyar komanda məntəqəsi, habelə üç növ zenit-raket kompleksi aldıq. 2021-ci ildə bu layihənin ikinci mərhələsi başa çatacaq. Bu yaxınlarda israilli tərəfdaşlarımızla “Rafael” zenit sistemini yeniləmək və tamamilə modernləşdirmək üçün müqavilə imzaladıq. Eyni zamanda müasir portativ zenit raket sistemlərini də satın almağı planlaşdırırıq”, – deyə gürcüstanlı nazir bildirib.

Bundan əlavə, o, yeni tank əleyhinə sistemlər alındığını da elan edib:

“Gələn il həm də tank əleyhinə sistemlərin gücləndirilməsini planlaşdırırıq. Bildiyiniz kimi, Gürcüstan artıq ortaqlarından “Javelin” tank əleyhinə kompleksinin bir partiyasını almışdı və 2021-ci ildə strateji tərəfdaşımız ABŞ-ın da iştirakı ilə tank əleyhinə müdafiəni gücləndirmək məqsədi ilə əlavə bir partiyanın alınması planlaşdırılır. Əlavə qısa mənzilli tank əleyhinə sistemlər də alınacaq”.

O bildirib ki, həmçinin hərbi aviasiya donanmasının modernləşdirilməsi və yeni atəşə nəzarət sistemlərinin alınaraq topçu bölməsinin gücləndirməsi planlaşdırılır:

“2021-ci ildə operativ-taktiki, kəşfiyyat və döyüş üçün pilotsuz dronlar alacaq və topçu bölməsini müasir pilotsuz təyyarələrlə təchiz edəcəyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678