Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avtobus dərəyə yuvarlandı: Onlarla sərnişin həlak oldu – VİDEO

136 Baxış

Boliviyada sərnişin daşıyan avtobusunun təxminən 100 metr yüksəklikdən dərəyə yuvarlanması nəticəsində azı 12 nəfər ölüb.

Bu barədə “Los Tiempos” agentliyi məlumat yayıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 26 nəfər sərnişin isə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Yaralılar arasında azyaşlı uşaqların olduğu bildirilir.

Hazırda qəzanın təfərrüatları araşdırılır. İlkin məlumata görə, hadisəyə səbəb avtobusun təkərinin partlamasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678