Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya XİN binasından bir milyon ABŞ dolları oğurlanıb

148 Baxış

Moskvadakı Rusiya XİN binasından müxtəlif valyutalarla 1 milyon ABŞ dolları məbləğində pul çıxarılıb.

Bu barədə “REN TV” məlumat yayıb.

Pulların oğurlanmasının üzə çıxmasında sonra Rusiya XİN-in Valyuta-Maliyyə Departamentinin aparıcı mütəxəssisi 49 yaşlı Natalya Aqaltsova şübhəli şəxs qismində saxlanılıb. Həmçinin Aqaltsova ilə əlbir olduğu düşünülən 29 yaşlı Vasili Makovoz da saxlanılıb. Lakin bir neçə gün sonra onlar buraxılıblar. Bir müddət keçdikdən sonra isə Aqaltsova barəsində qətimkan tədbiri ev həbsinə dəyişdirilib, Makovoz isə artıq iş çərçivəsində şübhəli bilinməyib.

Ümumilikdə İrandan konsulluq xidmətlərinə görə alınmış və diplomatik poçtla Moskvaya – Rusiya XİN-ə çatdırılmış 1 milyon 66 min 638 dollar oğurlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678