Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun yeni ştammı daha bir ölkədə aşkar edildi

130 Baxış

Nigeriyada koronavirusun ehtimal olunan yeni variantının ortaya çıxdığı açıqlanıb.

Bu barədə “Associated Press” Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinın (CDC) məlumatına istinadla xəbər yayıb.

“Koronavirusun Nigeriyada müşahidə etdiyimiz yeni mutasiyası hələ də məhdud miqdarda məlumatlara əsaslanır. Görünən budur ki, bu yeni növ, Britaniya və Cənubi Afrikadakı kimi deyil, fərqli ştammdır. Nigeriyadakı tədqiqatı genişləndirməliyik”, – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, Nigeriyanın Osun əyalətində 3 avqust və 9 oktyabr tarixlərində toplanan iki xəstənin nümunələri öyrənilərkən koronavirusun yeni variantı aşkar edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678