Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropanın daha səkkiz ölkəsində “Britaniya ştammı” müəyyən edilib – RƏSMİ AÇIQLAMA

135 Baxış

Böyük Britaniyada aşkar edilmiş koronavirusanın yeni mutasiya etmiş növü Avropanın daha səkkiz ölkəsində müəyyən edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klüqe öz “Twitter” hesabında yazıb.

O, qeyd edib ki, mövcud qoruyucu tədbirləri gücləndirmək həyati vacib əhəmiyyət kəsb edir.

“Məsafəni qorumaq, maskalar taxmaq və eyni zamanda məhdudlaşdırıcı tədbirlərə riayət etmək lazımdır”, – deyə ÜST rəsmisi söyləyib.

H.Klüqe həmçinin əlavə edib ki, əvvəlkilərdən fərqli olaraq, “Britaniya ştammı” gənc yaş qrupları arasında daha sürətlə yayılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678