Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Test vermək adı ilə qonşusunu xəstəxanaya çağırıb evini soydu

141 Baxış

Türkiyənin Denizli şəhərində qonşusunun evində kassa olduğunu öyrənən 24 yaşlı Fateh T. ona qarşı fırıldaqçılıq edib.

“Haber Global” məlumat verir ki, həmin şəxs səhiyyə işçisi adı ilə qonşusu Mustafa N.-ə zəng edərək, onun və arvadının təcili koronavirus testindən keçmələri üçün xəstəxanaya gəlmələrini deyib.

Onlar xəstəxanaya getmək üçün evdən çıxında Fateh T. üç nəfərlə əlbir olaraq onun evinə girib və içində 150 min lirə (33 330 AZN) olan kassanı aparıblar.

Koronavirus testi neqativ çıxdıqdan sonra evinə qayıdan Mustafa N. kassanın aparıldığını görəndə polisə xəbər verib.

Nəzarət kamelarına əsasən cinayəti törədənlər tapılaraq saxlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678