Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da partlayış qəsdən törədilibmiş

136 Baxış

ABŞ-ın Tennesi ştatındakı Neşvil şəhərində avtobus partlayıb.

ABC xəbər verir ki, polis partlayışın qəsdən törədildiyini iddia edir.

Hadisə nəticəsində üç nəfər yaralanıb, onlarla binaya ziyan dəyib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kritik deyil.

Şəhər meri Con Kuper şəhərdəki partlayışa münasibət bildirib.

Onun sözlərinə görə, üç qurbanın vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı Federal İstintaq Bürosu (FTB) daxil olmaqla həm yerli, həm də bir neçə federal qurum tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678