Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST-dən COVID-19-dan sağalanlara TÖVSİYƏ

247 Baxış

Koronavirusdan sağalan insanlar maska ​​taxmaq, əl yumaq və fiziki məsafəni qorumaq da daxil olmaqla antiviral tədbirlərə riayət olunmasına davam etməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove “Twitter-“də yayımladığı video müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, hazırda immunitetin xəstəlikdən sonra nə qədər qaldığı məlum deyil.

Mütəxəssis qeyd edib ki, COVID-19-dan sağalan insanlarda infeksiyadan bir neçə həftə sonra anticism yaranır:

“Anticismlərin xəstəliyi ağır, yüngül və ya asemptomatik keçirən şəxslərdə yarandığı məlumdur.

Hazırda bu immun reaksiyanın nə qədər güclü olduğunu və bu anticismlərin nə qədər qorunduğunu öyrənmək üçün araşdırmalar davam etdirilir”.

Ekspertin fikrincə, mütəxəssislər bu məsələ ilə bağlı hələ tam bir təsəvvürə sahib deyillər. Bəzi araşdırmalar göstərir ki, anticmlərin orqanizmdə qorunması altı ay, bəzilərinə görə daha uzun davam edir.

Digər koronaviruslarla bağlı aparılan araşdırmalara görə immunitet ömür boyu qalmır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678