Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropa İttifaqı “Brexit”dən sonra Böyük Britaniya ilə ticarət müqaviləsi imzaladı – VİDEO

127 Baxış

Avropa İttifaqı rəsmiləri “Brexit”dən sonra Böyük Britaniya ilə ticarət müqaviləsini imzalayıb.

Avropa Komissiyasının sədri Ursula Von Der Leyen və Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel Brüsseldə müqaviləyə imza atıblar. 

Sənədlər daha sonra Böyük Britaniyanın Baş naziri Boris Cohnsonun imzalaması üçün Londona aparılacaq.

Ardınca Parlament yeni ticarət qaydalarını müəyyən edən müqavilənin müzakirəsinə başlayacaq. Sənədin yaxın vaxtlarda təsdiq ediləcəyi gözlənilir. 

Qeyd edək ki, “Brexit”dən sonra Avropa İttifaqı və Böyük Britaniya arasında 1240 səhifəlik razılaşma əldə olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678