Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-a əmək vizası ilə getmək istəyənlərin NƏZƏRİNƏ

137 Baxış

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp ölkəsinə bir sıra əmək vizaları kateqoriyasının verilməsinə qoyulan məhdudiyyəti uzadıb.

Bu barədə “Fox News” xəbər yayıb.

Qeyd edilib ki, dövlət başçısının COVID-19 pandemiyası səbəbindən böhranla mübarizə çərçivəsində viza verilməsinin dayandırılması barədə sərəncamının qüvvədə olma müddəti 2021-ci il mart ayının sonuna qədər uzadılıb.

Ağ Evdən bildirilib ki, tədbir pandemiya dövründə işsizliyin kəskin artması fonunda amerikalı işçilərə məşğulluq imkanları yaratmaq üçün lazımdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678