Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada Yeni il atəşfəşanlığı meşədə yanğına səbəb oldu

124 Baxış

Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərində Verxniy Yurt kəndi yaxınlığında, 500 kvadratmetr meşə ərazisində yanğın olub.

Bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinə istinadən xəbər yayıb.

Şahidlərin sözlərinə görə, yanğın fişənglərin atılması zamanı baş verib.

Nazirlikdən bildirilib ki, fövqəladə hallar işçiləri yanğını lokallaşdırmağı bacarıblar, yaşayış məntəqəsi üçün heç bir təhlükə yoxdur. Yanğının söndürülməsinə 36 nəfər canlı heyət və 11 texnika cəlb olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678