Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Brexit” başa çatdı – VİDEO

143 Baxış

“Brexit”in keçid dövrü rəsmi olaraq başa çatıb. Ötən il yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqından çıxsa da hər iki tərəf qarşılıqlı münasibətləri müzakirə etmək üçün 11 aylıq keçid dövrünə başlamışdılar. Bu müddətdə Britaniya qurumun vahid bazar və gömrük ittifaqının üzvü olaraq blok qaydalarına tabe olaraq qalırdı. Ancaq ötən gün yerli vaxtla saat 23:00-dan etibarən keçid dövrü rəsmi olaraq başa çatıb. 

Böyük Britaniya vahid bazardan və Avropa İttifaqının Gömrük Şurasından çıxışını yekunlaşdıraraq, Avropa İttifaqını tərk edib. Artıq London və Brüssel arasında 11 aylıq keçid dövrü müddəti başa çatıb. Beləliklə, 2016-cı ildə keçirilən, britaniyalıların iradəsinin ifadə edildiyi referendumdan sonra krallıq vahid bazara və Avropa İttifaqının gömrük şurasına üzvlüyünü dayandırıb, qurumla qarşılıqlı əlaqə isə yeni səviyyəyə keçib. Qarşılıqlı əlaqə Birləşmiş Krallığın “Brexit” prosesi başa çatandan sonra ikitərəfli münasibətlərə dair razılaşma ilə tənzimlənəcək. Yanvarın birindən etibarən qüvvəyə minən qaydalar La-Manş kanalının hər iki tərəfindəki qaydaları əhəmiyyətli dərəcədə dəyişdirəcək. “Brexit” prosesi başa çatıb, lakin yeni mühitdə Krallıq və İttifaqın bir-birinə uyğunlaşdırılması prosesi yenicə başlayır.

Xatırladaq ki, Avropa İttifaqı 1957-ci ildə yaradılıb. Britaniya yalnız 1973-cü ildə quruma üzv olub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678