Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Afroamerikalı gəncin öldürüldüyü Minneapolisdə aksiyalar: Onlarla etirazçı saxlanıldı

142 Baxış

ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Dolal Beyl İdd polis tərəfindən öldürülüb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Şəhərdə bununla bağlı kütləvi etirazlar baş verib. Etirazçılar hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı izahat tələb ediblər. Etiraz aksiyası zamanı onlarla insan saxlanılıb.

23 yaşlı İdd cinayətdə ittiham olunub. O, polisin tələbinə məhəl qoymayaraq avtomobilini polis maşınına çırparaq qaçmağa çalışıb. Lakin polis tərəfindən mühasirəyə alınıb və baş verən atışma zamanı öldürülüb.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678