Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransada bir qrup şəxs polislərə hücum edib – VİDEO

151 Baxış

Fransanın paytaxtı Paris ətrafında iki polis məmuru bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülüb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə “Actu17” portalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Paris yaxınlığındakı One-su-Bua bölgəsində polislər motosiklet sürən iki nəfəri saxlayaraq onların sənədlərini yoxlamaq istəyib.

Motosikletçilər sənədlərinin evdə olduğunu bildiriblər. Polislər isə onları evə qədər müşaiyət etməyə hazır olduqlarını söyləyiblər.

Lakin qısa müddət sonra motosiklet sürən iki nəfər 15 nəfərə yaxın şəxslə birgə onlardan sənəd tələb edən polislərə hücum ediblər.

Hücumdan sonra ağır xəsarət alan polislər xəstəxanaya yerləşdiriliblər.

Polislərə hücüm edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Hazırda polislər onların həmkarlarına xəsarət yetirən şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində fəaliyyət göstərir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678