Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çin koronavirusun “Britaniya” növünü təyin etmək üçün ekspress-test yaratdı

143 Baxış

Çində “Yinyuan Pharmaceutical Technology” şirkəti koronavirus infeksiyasının “Britaniya” ştamını aşkar etmək üçün sürətli test yaradıb.

Bu barədə TASS şirkətin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd edilir ki, hazırlanmış dəst COVID-19 üçün müsbət nəticə əldə etdikdən sonra identifikasiyası tələb olunarsa, yeni infeksiya ştamını bir saat ərzində aşkar etməyə imkan verir.

Ekspress testdə mutasiya olunan virus ştammlarını ən qısa müddətdə müəyyənləşdirməyə kömək edən ARMS-qPCR (amplification refractory mutation system) metodundan istifadə olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678