Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Los-Ancelesdə kritik vəziyyət: Xəstələrə oksigen verilməsi məhdudlaşdırılır

298 Baxış

ABŞ-ın Los-Anceles bölgəsində təcili yardım qruplarına bildirilib ki, yaşamaq şansı olmayan koronaviruslu xəstələri xəstəxanalara gətirməsinlər və əlavə oksigen balonlarının tədarükünü qənaət üçün azaltsınlar.

“Los Angeles Times” bu barədə rəsmi orqanlara istinadən xəbər yayır.

Bölgə boyunca koronavirusla bağlı vəziyyət səbəbiylə xəstəxanalar normal olaraq müşahidə altında qalmalı olan xəstələri xəstəxanadan daha sürətli çıxarırlar. Qeyd edilir ki, dairə xəstəxanalarındakı vəziyyət kritikdir.

Qarşıdakı həftələrdə xəstələrdə vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır, çünki Milad tətili zamanı koronavirus xəstəliyinə tutulanlar üçün xəstəxanaya yerləşdirmə tələb olunacaq.

Kaliforniyada oksigen çatdırılması qrupu yaradılıb və ordunun mühəndislər korpusu bir sıra xəstəxanalarda oksigen çatdırılması sistemlərini təkmilləşdirmək üçün mütəxəssislər göndərib.

Son məlumatlara görə, Los-Anceles dairəsindən 7,7 min COVID-19 xəstəsi xəstəxanaya yerləşdirilib, 827 mindən çox insan koronavirusa yoluxub, 10 850 xəstə ölüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678