Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pelosi Trampı “Putinin qulluqçusu” adlandırdı

140 Baxış

Trampın ABŞ-ın federal qurumlarına edilən kiber hücumlarda Rusiyanı ittiham etməkdən imtinasının səbəbi Moskvanın onun barəsində kompromatlarının olması ilə əlaqədardır.

RBK-nın məlumatına görə, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi CBS-ə müsahibəsi zamanı bildirib.

O, hazırkı prezident Donald Trampı ABŞ federal qurumlarına edilən kütləvi haker hücumu ilə bağlı fəaliyyətsizliyini tənqid edib. Qeyd edək ki, Vaşinqton bu hücumların arxasında Moskvanın olduğuna inanır.

“Haker hücumuna gəldikdə… o, bu barədə heç bir şey söyləməyib”, – deyə Pelosi vurğulayıb.

“Rusiyanın Prezident Trampla bağlı şəxsi, siyasi və ya maliyyə baxımından nəyinin olduğunu bilmirəm… Ancaq onun Putinin niyə bu həddə qədər qulluqçusu olmasının başqa bir izahı yoxdur”, – deyə Pelosi əlavə edib.

Jurnalist isə ona cavabında Trampın bu məsələ ilə bağlı Çinin mümkün iştirakı barədə danışdığını xatırladıb.

Pelosinin sözlərinə görə, hazırda Birləşmiş Ştatların başında oturan insan elə bir ciddi iş görüb ki, onun barəsində cinayət işi açılmalıdır. O, Trampı tərəfdarlarını qiyama təhrik etməkdə günahlandırıb.

Nümayəndələr Palatasının spikeri Konstitusiyaya 25-ci düzəlişdən faydalanma fikrini bəyəndiyini də qeyd edib. Bu düzəlişə əsasən o və prezident administrasiyasının əksəriyyəti hazırkı dövlət başçısının iş qabiliyyətini itirdiyini elan edərsə, səlahiyyətlərin avtomatik olaraq ölkənin vitse-prezidentinə verilməsi təmin edilir.

ABŞ-da hökumət və özəl şəbəkələrə (Maliyyə Nazirliyi, Milli Telekommunikasiya İdarəsi və sair) kütləvi haker hücumu barədə dekabr ayında məlum olub. ABŞ Baş Prokurorluğu Rusiyanı ittiham etdi. Tramp isə bu fikrə şübhə ilə yanaşıb, hücumun arxasında Çinin dayandığı iddiasını irəli sürüb.

Kreml bu ittihamları rədd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678