Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kim Çen In atasının tituluna sahibləndi

136 Baxış

Şimali Koreyanın lideri Kim Çen In Əmək partiyasının sədri vəzifəsindən onun Baş Katibi vəzifəsinə seçilib.

Vesti.ru xəbər verir ki, bu barədə partiyanın Pxenyanda keçirilən altıgünlük sessiyasında bildirilib.

Daha əvvəl partiyada baş katib titulunu Kim Çen Inın atası Kim Çen Ir daşıyıb.

İclasda çıxış edən yeni baş katib deyib ki, ölkə milli nüvə gücünün yaradılmasını tamamlayıb və dövlətin milli qüvvəsi ən yüksək səviyyəyə yüksəlib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678