Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Vogue” jurnalını Kamala Harrisin dərisini “ağartmaqda” günahlandırdılar – FOTO

132 Baxış

ABŞ vitse-prezidenti Kamala Harris “Vogue”nin ABŞ versiyasının fevral buraxılışı üçün üz qabığına çəkilib.

Məşhur moda jurnalı “Vogue” ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harrisin dərisini “ağartmaqda” günahlandırılıb.

“Sputnik” xəbər verir ki, bir sıra internet istifadəçiləri jurnalı irqçilikdə günahlandırıb.

Eyni zamanda, şəkli uğursuz sayanlar da olub:

“Anna Vintun (“Vogue”nin baş redaktoru) həqiqətən qaradərili dostları və həmkarları olmayıb. Vitse-prezident Kamala Harrisin şəkillərini “Samsung”da pulsuz çəkəcəyəm və bu şəklin “Vogue”nin üz qabığındakından daha yaxşı çıxacağına 100 faiz əminəm”.

Kamala Harris 2020-ci ildə ABŞ-da Demokratlar partiyasından vitse-prezident seçilib. O, həmin posta seçilən ilk Asiya mənşəli qadın və ilk zənci siyasətçidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678