Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vaşinqton meri əhalidən Baydenin inaqurasiyasına gəlməmələrini istədi

128 Baxış

ABŞ-da Vaşinqton meri Muriel Bauzer qonşu ştatlar – Merilənd və Virciniyanın qubernatorları ilə birgə bəyənnamədə amerikalıları Co Baydenin inaqurasiyasına gəlməməyə çağırıblar.

“RİA Novosti” xəbər verir ki, mərasimin onlayn keçirilməsi təklif olunub.

“Yanvarın 20-də hakimiyyətin ötürülməsi olacaq. Federal hökumətdəki tərəfdaşlarımızla birlikdə paytaxt bölgəsində təhlükəsizliyi təmin edəcəyik”, – deyə Vaşinqton meri bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp növbəti prezidentin 20 yanvarda keçiriləcək inaqurasiya mərasiminin təhlükəsizliyi üçün merin istəyindən sonra Vaşinqtonda fövqəladə vəziyyət elan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678