Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyanın ən yaxşı kiçik şəhəri açıqlanıb

123 Baxış

Portu şəhəri rahat həyat şərtləri baxımından dünyanın ən yaxşı kiçik şəhəri seçilib. Portuqaliyanın iqtisadi mərkəzi sayılan şəhər Britaniyanın “Monocle” jurnalının tərtib etdiyi “Small Cities Index” siyahısında il ərzində doqquz pillə irəliləməyi bacarıb.

Portunun bu nailiyyəti daha çox pandemiya dövründə şəhər rəhbərliyinin zərər çəkmiş iş adamlarına yardımı sayəsində mümkün olub.

Reytinqdə ikinci yeri Belçikanın Levan şəhəri tutur. Üçlüyü Yaponiyanın İtosima şəhəri tamamlayır.

Avropa İttifaqından İtaliyanın Bolsano və Danimarkanın Olborq şəhərləri də ilk onluğa düşməyi bacarıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678