Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Adrenalini sevən gənc metroda relslərin üstündə topla oynadı – VİDEO

136 Baxış

Ekstremal vəziyyətləri sevən gənc metroda relslərin üstündə futbol topu ilə oynayıb.

“BAZA” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində “Zveniqorodskaya” stansiyasında qeydə alınıb.

Baş verənlər hadisə şahidləri tərəfindən kameraya çəkilib.

Metropolitendən bildirilib ki, bu, gəncin ilk qayda pozuntusu deyil. Bundan əvvəl o, vaqonlara dırmaşıb, topla şpalların üstü ilə qaçıb və bu vaxt özünü videoya çəkib.

Bununla əlaqədar olaraq Sankt-Peterburq metropoliteni gəncin həmişəlik metrodan istifadəsinə qadağa qoymağa hazırlaşır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678