Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Antalya-Moskva reysi ilə uçan təyyarənin şassisi zədələnsə də, yerə enə bilib

124 Baxış

Şassisi zədələnmiş təyyarə Moskvanın Şeremetyevo hava limanına uğurlu eniş edib.

TASS agentliyi xəbəri Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

“Şassisi zədələnmiş Antalya – Moskva marşrutu ilə hərəkət edən təyyarə Şeremetyevo hava limanına eniş edib. Təyyarənin enişi normal qaydada reallaşıb”, – deyə məlumatda qeyd olunub.

Hazırda təyyarədə baş vermiş nasazlığın səbəbləri dəqiqləşdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678